İndoneziyada hərbi helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

İndoneziyada hərbi helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb
# 20 mart 2016 17:29 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın mərkəzi bölgəsində hərbi helikopter qəzaya uğrayıb.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində göyərtədə olan 13 zabit ölüb.


Helikopter hökumət qüvvələri və dini radikallar arasında döyüşlər gedən Sulavesi adasında yerə düşüb.


Qeyd edək ki, ötən ilin dekabrında İndoneziyada keçirilən aviaşouda yerli Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğramışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR