Dohada neft hasil edən ölkələrin rəsmi görüşü başlayıb

Dohada neft hasil edən ölkələrin rəsmi görüşü başlayıb
# 17 aprel 2016 15:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan daxil olmaqla, neft hasil edən 18 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Dohada neft hasilatının dondurulması ilə bağlı rəsmi görüş başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüş nəzərdə tutulandan 6,5 saat sonra başlayıb.

Qeyd edək ki, proqrama əsasən Dohada görüşün səhər saatlarında başlaması nəzərdə tutulsa da, son anda Səudiyyə Ərəbistanının xahişi ilə görüş günün ikinci yarısına təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR