Londonda sabiq baş nazir Toni Blerin əleyhinə mitinq keçirilir

Londonda sabiq baş nazir Toni Blerin əleyhinə mitinq keçirilir
# 06 iyul 2016 13:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Londonda Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron əleyhinə mitinq keçirilir.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyası İraq müharibəsində Böyük Britaniyanın iştirakını araşdıran komissiyanın sədri Con Çilkotun hesabatından sonra başlayıb. Hesabatda deyilir ki, İraq münaqişəsinin sülh yolu həll oluna bilərdi. Bundan başqa, Britaniya hərbçiləri İraq ərazisinə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan daxil olub.

Hesabat açıqlanandan sonra etirazçılardan ibarət kütlə sabiq baş nazirin cəzalandırılmasını tələb edib. Aksiya iştirakçıları arasında İraqda həlak olan britaniyalı hərbçilərin yaxınları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR