Sumqayıtda maşınla vurulan 86 yaşlı ölüb

Sumqayıtda maşınla vurulan 86 yaşlı ölüb
# 27 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini, 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR