Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib

Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib
# 28 may 2016 18:54 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.

“Bizim dostlarımız hesab olunanlar, bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, mətbuatda bundan əvvəl Suriyada kürd silahlı birləşmələrinin tərkibində PYD nişanlı hərbi geyimdə olan amerikalı hərbçilərinin olduğu barədə məlumat yayılıb.

Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ABŞ-ı PYD-ni dəstəklədiyinə görə dəfələrlə sərt tənqid edərək, Vaşinqtonu Türkiyə və ya PYD arasında seçim etməyə çağırıb.

Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR