“WikiLeaks” Türkiyə ilə bağlı sənədləri açıqlayıb

“WikiLeaks” Türkiyə ilə bağlı sənədləri açıqlayıb
# 20 iyul 2016 08:42 (UTC +04:00)

Bakı – APA. “WikiLeaks” Türkiyə ilə bağlı açıqlamağı vəd etdiyi gizli sənədləri və yazışmaları öz saytına yerləşdirib.

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, saytda Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb. “Email”lərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir.

“WikiLeaks” sənədlərin yerləşdirildiyi sayta hücumlar olduğunu, bu səbəblə sayta giriş məsələsində problem yarandığını bildirib. Türkiyədə isə ümumiyyətlə, həmin sayta giriş dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR