SOCAR və "Qazprombank" arasında əməkdaşlıq haqqında saziş imzalanıb

SOCAR və "Qazprombank" arasında əməkdaşlıq haqqında saziş imzalanıb
# 17 iyun 2016 13:42 (UTC +04:00)

Bakı - APA-Economics. Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində "Qazprombank" və SOCAR əməkdaşlıq haqqında saziş imzalayıb.

"APA-Economics" xəbər verir ki, sənədə bankın İdarə Heyətinin Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imza atıb.

Saziş "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə azot qurğusunun tədarükünü nəzərdə tutur. Qurğu bank qrupuna daxil olan "Kriogenmaş" şirkəti tərəfindən hazırlanacaq.

Qurğu "SOCAR Polymer"in azota yaranan tələbatını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR