İran SOCAR-a qaz yataqlarında müştərək tədqiqatların aparılmasını təklif edib

İran SOCAR-a qaz yataqlarında müştərək tədqiqatların aparılmasını təklif edib
# 02 avqust 2016 12:18 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "SOCAR hazırda İranın qaz yataqlarında müştərək tədqiqatların aparılması ilə bağlı təklifimizi araşdırır". Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft şirkətinin baş direktoru Əli Kardər deyib.

"İran bir müddət öncə qaz yataqlarının müştərək tədqiqatları üzrə birgə əməkdaşlıq layihəsini SOCAR-a təqdim edib və azərbaycanlı tərəfdaşlarımız bu məsələni araşdırır. Mövcud şərait Azərbaycanla İran arasında neft sahəsində əməkdaşlıq perspektivinin yaxşı olacağına ümid etməyə zəmin yaradıb", - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR