Bakıda motosiklet tunelin divarına çırpılıb, sürücü yaralanıb - FOTO - VİDEO

Bakıda motosiklet tunelin divarına çırpılıb, sürücü yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 oktyabr 2015 23:37 (UTC +04:00)

Bakı.Mahir Məmmədli-APA. Ötən gecə Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Atatürk prospekti ilə Vaqif küçəsinin kəsişməsində, "Gənclik" metro stansiyası yaxınlığındakı tuneldə qeydə alınıb.

Sənan Bayramov motosikletlə yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə motosiklet tunelin divarına çırpılıb. Motosikleti idarə edən Sənan Bayramov ağır xəsarətlər alıb. Onun ayaq sümükləri də qopub. Yaralı motosikletçi təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR