Bakı-APA. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.
APA-nın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ankara Baş Prokurorluğu bildirib.
***
06:34
Bakı-APA. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində Ankarada 42 nəfər həyatını itirib.
APA-nın məlumatına görə, bu barədə Ankara Gölbaşı rayonu Prokurorluğu açıqlayıb.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.