Kanada XIN rəhbəri Dağlıq Qarabağda atəşkəsi bərpa etməyə çağırıb

Kanada XIN rəhbəri Dağlıq Qarabağda atəşkəsi bərpa etməyə çağırıb
# 04 aprel 2016 01:20 (UTC +04:00)

Bakı-APA. Kanadanın xarici işlər naziri Stefan Dion Dağlıq Qarabağda münaqişə tərəflərinə müraciət edərək onlar təmkinli olmağa çağırıb.


APA-nın xəbərinə görə, bu barədə Kanada XİN rəsmi saytındakı məlumatda deyilir.


“Kanada Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Biz tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu fəal şəkildə davam etdirməyə çağırırıq”, məlumatda qeyd olunur.


S.Dion bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR