Hacıqabulda baş vermiş qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB

 Hacıqabulda baş vermiş qəzada xəsarət alanların adları açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 27 fevral 2016 12:20 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakinləri - 1986 Yusifova Ayxan Xəyal qızı, bacısı 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu, onların qohumlar - 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***

SAAT 14:06

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportage” markalı, 90-LP-010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.



Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR