“Abituriyent”in redaksiyası jurnalın pirat nüsxələrini hazırlayan şəxsləri məhkəməyə verib

“Abituriyent”in redaksiyası jurnalın pirat nüsxələrini hazırlayan şəxsləri məhkəməyə verib
# 06 avqust 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Abituriyent” jurnalının redaksiyası jurnalın pirat nüsxələrini hazırlayan şəxsləri məhkəməyə verib.

APA-nın məlumatına görə, redaksiya Sahilə Musayeva və digər şəxsə qarşı pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışın qadağan edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib. Lakin həmin qərar redaksiya heyətini qane etmədiyindən onlar apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR