Nardaran sakininin evindən qumbara götürülüb

Nardaran sakininin evindən qumbara götürülüb
# 29 sentyabr 2016 13:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaran sakininin evində qumbara tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağasalam Ağarzayevin evinə baxış zamanı oradan “F-1” qumbarası aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR