Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasının sədri seçilib

Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasının sədri seçilib
# 30 yanvar 2016 12:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Demokratik İslahatlar Partiyasının V qurultayı keçirilib.


Partiyadan APA-ya verilən məlumata görə, qurultayda partiyanın 55 rayon şöbəsindən 126 nəfər nümayəndə iştirak edib.



Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və MTK- nın üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. A. Mollazadə yenidən partiyanın sədri seçilib.

Cari məsələlərin müzakirəsi zamanı qurultay nümayəndələri partiyanın Siyasi Şurasına ictimai-siyasi proseslərlə əlaqədar olaraq müxtəlif qərarların qəbul edilməsi səlahiyyətlərini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR