Opera və Balet Teatrında “Boqema” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Boqema” operası nümayiş olunacaq
# 02 iyun 2016 13:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 11-də Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Ukrayna, Belorus və yerli vokal ustalarının ifasında təqdim olunacaq.

Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya bu tamaşada əsas partiyalardan birini - Mimi partiyasını ifa edəcək. Belarus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov isə Marsel rolunda çıxış edəcək.

Tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər Fərid Əliyev (Rudolf), İnarə Babayeva (Müzetta), Anton Ferştandt (Kollen), solistlərdən Tural Ağasıyev (Şonar), Firuz Məmmədov (Benua) və Fəhmin Əhmədli (Parpinol) də rol alıblar.

Səhnə əsərinin dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR