Türkiyənin ən iri çay istehsalçısı Azərbaycanda diler yaradır

Türkiyənin ən iri çay istehsalçısı Azərbaycanda diler yaradır
# 18 aprel 2016 12:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyənin məşhur çay brendi “Çaykur” Azərbaycan bazarına daxil olur.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət artıq Azərbaycan bazarını araşdırmaqla məşğuldur.

Şirkətin direktoru İmdat Sütlüoğlu "Çaykur" məhsullarının Azərbaycan bazarında satılması üçün işlərin yekunlaşmaq üzrə olduğunu bildirib.

"Qardaş ölkə Azərbaycanın paytaxtı Bakıda aparılan bazar araşdırmalarının ardınca artıq burada dilerin yaradılması mərhələsindəyik. Soydaşlarımızın bizə səmimi və mehriban münasibətləri var. Gələn həftə keçirdiyimiz görüşləri yekunlaşdıraraq Azərbaycanda marketinq əməliyyatlarına başlayacağıq", - deyə şirkət rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR