Mladen İvaniç: “Müasir dünyanın əsas çağırışlarından biri miqrasiyadır”

Mladen İvaniç: “Müasir dünyanın əsas çağırışlarından biri miqrasiyadır”
# 11 mart 2016 16:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Müasir dünya bir sıra vacib yeni çağırışlarla üzləşir. Bunlardan biri miqrasiyadır”.


APA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib. O bildirib ki, miqrasiyaya bir tərəfdən müharibələr, digər tərəfdən isə yoxsulluq səbəb olur.


M. İvaniç qeyd edib ki, Bakı Qlobal Forumunda hazırkı prezidentlər və hələ də təsir qüvvəsinə malik sabiq prezidentlər və baş nazirlərin, məşhur şəxsiyyətlərin iştirakı çox vacib əhəmiyyət daşıyır: “Çünki onların bu sahədə təcrübələri çoxdur, siyasətin nə olduğunu yaxşı bilirlər və bu məsələlərlə bağlı vicdanlı fikirlər səsləndirə bilərlər. Foruma proqramın müəyyən edilməsi və həll yollarının tapılması üçün bu qədər adamın cəmləşməsi böyük uğurdur. Əlbəttə, bütün məsələləri bir görüşdə həll etmək olmur. Lakin müzakirə etdikcə həll yolları tapıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR