Fransada “Azərbaycan haqqında yeni novellalar” kitabı çap olunub

Fransada “Azərbaycan haqqında yeni novellalar” kitabı çap olunub
# 29 avqust 2016 15:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fransada “Nouvelles Nouvelles D’Azerbaidjan” (“Azərbaycan haqqında yeni novellalar”) adlı kitab nəşr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitab Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin, "Unibank"ın, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə hazırlanıb.

Kitab tanınmış müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda Azərbaycana səfər edərək yazdığı novellalardan ibarətdir. Novellalar Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Qəbələ və Şəkiyə də həsr olunub.

Novellalar Fransız yazıçı-səyyahların yeni nəzər nöqtəsinin nəticəsidir. Kitabda Azərbaycan multikultural ənənələrə malik, dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR