Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb

Azərbaycan Gürcüstana neft və qaz məhsullarının ixracını artırıb
# 21 sentyabr 2015 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 201 755,9 min dollar dəyərində 967 674,4 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,71% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 14,13% artıb.

Bu ilin səkkiz ayında Gürcüstan Azərbaycandan 96 402,5 min dollar dəyərində 186 078,2 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,56% çoxdur.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 1,64 dəfə azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 56,38%-i yanacaq qazı və digər qazlar, 26,94%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 357 814,2 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 9,84% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR