Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb
# 17 iyul 2016 13:20 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

B. Bozdağ deyib ki, hərbçi, hakim və prokurorlar daxil olmaqla, 6 min nəfər civarında saxlanılan var. Ədliyyə naziri saxlanılanların sayının 6 min nəfəri də keçəcəyini bildirib.

Bu arada Adanada İncirlik hərbi bazasının türk komandiri general Bekir Ercan Van da saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR