Yardımlıda 15 ha biçilməmiş taxıl sahəsi yanıb

Yardımlıda 15 ha biçilməmiş taxıl sahəsi yanıb
# 05 iyul 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Yardımlıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yardımlı rayonu, Arus kəndində vətəndaşlara məxsus ərazidə ümumi sahəsi 30 ha olan biçilməmiş taxıl sahəsinin 15 ha-ı yanıb.

Biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR