Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Avqust
# 03 avqust 2016 18:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyədə ikinci çevriliş planının mövcudluğuna dair ehtimallar artıq rəsmiləşməyə başlayıb. 15 iyuldan sonra Türkiyə hökumətinin ən az 7 təmsilçisi belə bir ehtimalın olduğunu irəli sürüb, Ankaranın bələdiyyə başqanı Melih Gökçək isə daha irəli gedərək planın detallarını açıqlayıb. Diqqət çəkən məqamlardan biri FETÖ terror təşkilatının növbəti mərhələdə sui-qəsdlərə başlamaq planıdır. Dünənə qədər bu ehtimal hakimiyyətə yaxın mətbuat orqanlarında dəfələrlə səslənsə də, çox da ciddi qəbul olunmurdu. Lakin Gülhanə Hərbi Tibb Akademiyasında baş verən hadisə sui-qəsd ehtimalının ciddi olduğunu təsdiqlədi. Kimlərinsə çevrilişə dəstək verməyən general Qalib Mendini xəstəxanada zəhərləyərək öldürmək cəhdi mesaj kimi qəbul olunmalıdır. Qalib Mendi 15 iyul hadisələrinin önəmli simalarından biridir. Çevrilişi dəstəkləməyib, hələ küçə döyüşlərinin getdiyi saatlarda müəmmalı şəkildə səhhəti pisləşib, xəstəxanaya yerləşdirilib və xəstəxanada ona zəhər verilib. Jurnalist Səbahəddin Önkibar çevriliş baş tutacağı təqdirdə 280 nəfərin edam ediləcəyinə dair siyahının olduğunu iddia edib və 50 nəfərlik siyahını açıqlayıb. Melih Gökçək ikinci çevriliş planı çərçivəsində 8 nəfərə sui-qəsd olacağını deyir. Bu söylənənlər film deyil gerçəkdir, ekranda deyil, Türkiyə adlanan ölkədə baş verir. Görünür, Türkiyədə hər şey hələ indi başlayır deyənlər haqlıdır, bu yay qardaş ölkə üçün həddən artıq qızmar keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR