Masallıda oğurluq edən keçmiş məhkum tutulub

Masallıda oğurluq edən keçmiş məhkum tutulub
# 19 fevral 2016 11:38 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda keçmiş məhkum oğuluq faktına görə saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Anar Xəlilov məlumat verib. Onun sözlərinə görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tofiq Yavər oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan sonra müəyyənləşdirilib ki, T.Ağayev müxtəlif vaxtlarda gecə saatlarında Masallı şəhərinin Həzi Aslanov küçəsində yeni inşa olunmuş uşaq bağçasının pəncərəsindən qanunsuz daxil olaraq oradan müxtəlif adda tikinti və məişət avadanlıqları oğurlamaqla 3600 manat dəyərində maddi ziyan vurub.

Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun cibindən şəxsi istehlak miqdarından artıq çəkidə - 9, 741 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR