Türkiyə XİN: “Türkiyə hərbi kontingentinin İraqda yerləşdirilməsi ciddi problem deyil”

Türkiyə XİN: “Türkiyə hərbi kontingentinin İraqda yerləşdirilməsi ciddi problem deyil”
# 06 oktyabr 2016 22:25 (UTC +04:00)

Bakı-APA. Türkiyə hərbi kontingentinin İraqın şimalındakı “Başık” düşərgəsində yerləşdirilməsi ciddi problem deyil, Ankara və Bağdad arasındakı ziddiyyətləri aradan qaldırmaq mümkündür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Bizim hərbçilərimizin Başıkda olmasında ciddi problem görmürəm. Bağdad qeyri-dost ritorikasından vaz keçərsə, bütün məsələləri həll etmək olar”, - deyə Çavuşoğlu Ankarada mətbuat konfransında bildirib.

Qeyd edək ki, oktyabrın 4-də İraq parlamenti Türkiyə hərbçilərinin Mosul yaxınlığında yerləşdirilməsinə etirazını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR