Gəncə sakini intihara cəhd edib

Gəncə sakini intihara cəhd edib
# 14 dekabr 2015 14:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində intihara cəhd olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Etibar Musayev ağır kimyəvi maddə ilə zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. E. Musayevin valideynləri bildirib ki, övladları evlənmək məqsədi ilə qaçırdığı qızın ailəsi ilə yaranan narazılıq səbəbindən gəmiricilər əleyhinə olan dərman içərək intihara cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR