Nazir: “Enerji sektorunda olan köhnə müəssisələrə 4 mlrd. dollar investisiya lazımdır”

Nazir: “Enerji sektorunda olan köhnə müəssisələrə 4 mlrd. dollar investisiya lazımdır”
# 01 fevral 2016 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğliu – APA-Economics Azərbaycan enerji sektorunda olan müəssisələrin əksəriyyəti köhnəlib və onlar çox böyük investisiya tələb edir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, həmin müəssisələri fiziki şəxslər özəlləşdirə bilməz: “SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz. Bunu cənab prezident də öz çıxışında deyib. Digər enerji müəssisələrindən isə yalnız köməkçi qurumlar özəlləşdirilə bilər”.

Nazir bildirib ki, həmin müəssisələr köhnədir və böyük investisiya tələb edir: “Təxminən 4 mlrd. dollar investisiya lazımdır. Bunu isə fiziki şəxs edə bilməz. Ancaq hansısa şirkət bunu edə bilər. Yaxud biz onların özəlləşdirilməsi üçün başqa yollar tapmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR