Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək
# 07 oktyabr 2016 12:34 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi,Göyçay Gənclər Mərkəzi ilə üzbəüz) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR