Rusiya və Qazaxıstan prezidentləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və Qazaxıstan prezidentləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
# 06 aprel 2016 15:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putinlə Nursultan Nazarbayev telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi yollarının axtarılması barədə fikir mübadiləsi aparıblar. Putin Dağlıq Qarabağda vəziyyətin normallaşdırılmasına kömək məqsədi ilə Rusiya tərəfinin vasitəçilik addımları barədə qazaxıstanlı həmkarına məlumat verib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR