SN: Sertifikasiya şəhadətnaməsi elektron qaydada əldə olunacaq

SN: Sertifikasiya şəhadətnaməsi elektron qaydada əldə olunacaq
# 03 mart 2016 11:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda sertifikasiya şəhadətnaməsi elektron qaydada əldə olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun üçün e-health.gov.az saytına daxil olaraq, “Sertifikasiya şəhadətnaməsinin çapı“ elektron xidməti barədə təlimatda göstərilən ardıcıllıqla Sertifikasiya şəhadətnaməni çap etmək mümkündür.

Əgər həmin saytda qeydiyyatdan keçilməyibsə, vətəndaş Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatıda göstərilən formada qeydiyyatdan keçə bilər. Əlavə məlumat almaq üçün 433-08-93 nömrəli telefona zəng edə və ya [email protected] elektron poçtuna suallar yazmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR