GUAM-ın baş katibi Altay Əfəndiyev Gürcüstanda səfərdədir

GUAM-ın baş katibi Altay Əfəndiyev Gürcüstanda səfərdədir
# 23 fevral 2016 15:56 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. GUAM-ın yeni baş katibi Altay Əfəndiyev Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A. Əfəndiyev səfər çərçivəsində Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya ilə görüşüb. Görüşdə GUAM-Gürcüstan əlaqələri və qarşıya çıxan problemlər müzakirə olunub.

Sonra baş katib Tiflisdəki köhnə parlament binasında GUAM Parlament Assambleyasının üzvləri, deputatlar Aleksandr Kantariya və Vaxtanq Lemonjava ilə bir araya gəlib. Yeni regional layihələr, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, tranzit yüklərin daşınması və digər məsələlər müzakirə edilib.

A. Əfəndiyev APA-ya açıqlamasında Azərbaycanın 4 il müddətinə GUAM-a sədrlik edəcəyini söyləyib: “Uzun müddət Azərbaycan nəqliyyat infrastrukturuna, logistika sahəsinə böyük sərmayələr yatırıb. Azərbaycanın regionda rolu danılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR