Manat avro və türk lirəsinə qarşı möhkəmlənib

Manat avro və türk lirəsinə qarşı möhkəmlənib
# 20 iyul 2016 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 19-u ilə müqayisədə 0,2% artaraq 1,5662 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,7252 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0247 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,72% azalaraq 0,5150 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0531 manatdır. Beləliklə, funt sterlinq də 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6679 manata yüksəlib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR