ABŞ-a məxsus sərnişin təyyarəsi qəza enişi edib

ABŞ-a məxsus sərnişin təyyarəsi qəza enişi edib
# 26 mart 2016 03:06 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus “Embraer ERJ-190” sərnişin təyyarəsi Baham adalarında qəza enişi edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, eniş zamanı təyyarənin şassisi açılmayıb.

Təkərləri açılmayan təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb. Yanğınsöndürənlər qısa müddətdə yanğının qarşını alıb.

Göyərtəsində 95 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarənin Vaşinqton – Nassau marşrutu üzrə uçduğu bildirilir.

İnsident nəticəsində xəsarət olan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR