Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb

Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb
# 03 oktyabr 2016 07:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 30-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6170 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,12% zəifləyərək 1,8166 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 30-u ilə müqayisədə dəyişməyərək 0,0257 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% ucuzlaşaraq 0,5382 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0925 manatdır. Beləliklə, funt sterlinq 0,48%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,6919 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR