Bağdadda törədilən partlayış nəticəsində 25 nəfər ölüb

Bağdadda törədilən partlayış nəticəsində 25 nəfər ölüb
# 25 mart 2016 18:25 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdad yaxınlığında güclü partlayış baş verib.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 25 nəfər ölüb.

İlkin ehtimala görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR