Bakıdakı nümayəndəliyini bağlayan dünyanın ən iri konteyner daşıyıcısı yenidən təşkil olunur

Bakıdakı nümayəndəliyini bağlayan dünyanın ən iri konteyner daşıyıcısı yenidən təşkil olunur
# 22 sentyabr 2016 15:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yükdaşımaların və neftin ucuzlaşmasından ciddi zərərə uğrayan Danimarkanın "A.P. Moller-Maersk" şirkəti yenidən təşkil olunacağını bəyan edib.

"APA-Economics" xəbər verir ki, şirkət nəqliyyat və energetika bölmələrinə bölünəcək.

Konqlomeratın Direktorlar Şurasının sədri Pram Rasmussen bildirib ki, əsas diqqət "Maersk Line", "APM Terminals", "Damco", "Svitzer" və "Maersk Container Industry" kimi bölmələrinə yönələcək.

Qeyd edək ki, şirkət daşımaları sahəsində dünya lideridir.

Xatırladaq ki, aprel ayında şirkət Azərbaycandakı nümayəndəliyi ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR