Bakı. Hafiz Heydərov – APA. Abşeronda ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hökməli qəsəbəsində vətəndaşa məxsus, sahəsi 200 m2 olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin 1 otağında ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub və yanğın söndürülüb.