Türkiyə Baş Qərargah rəisinin əvəzi :”Bu təşəbbüsün uğur qazanma  imkanı sıfırdır”

Türkiyə Baş Qərargah rəisinin əvəzi :”Bu təşəbbüsün uğur qazanma  imkanı sıfırdır”
# 16 iyul 2016 06:21 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA.”Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır”

APA-nın məlumatına görə, bu sözləri "Habertürk" kanalının canlı yayımına telefonla bağlanan baş qərargahın rəis əvəzi, ordu generalı Ümid Dündar deyib.

Çevriliş təşəbbüsünün qarşısının alınması üçün I ordunun öz öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdiyini və bunun sayəsində çevriliş təşəbbüsünün uğur qazanma ehtimalının sıfır olduğunu deyən ordu generalı Dündar, Trakiya bölgəsindən çağırdıqları zirehli hərbi birləşmələrin İstanbuldakı hərbi birləşmələri daha da gücləndirdiyini vurğulayıb.

Ümid Dündar, xunta üzvləri tərəfindən girov alınmış keçmiş baş qərargah rəisi, ordu generalı Hulusi Akarın vəziyyətindən xəbərdar olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR