Serj Sarkisyan Bəşər Əsədə başsağlığı verib

Serj Sarkisyan Bəşər Əsədə başsağlığı verib
# 25 may 2016 08:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan prezidenti Serj Sarkisyan Suriya prezidenti Bəşər Əsədə Tartus, Latakiya və digər yaşayış məntəqələrində çox sayda mülki şəxsin ölməsi ilə nəticələnən terror aktlarının törədilməsi ilə əlaqədar başsağlığı verib.

APA-nın "armenpress"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

“Sizə və dost olan Suriya xalqına, ölənlərin yaxınlarına səmimi başsağlığımı çatdırır, yaxınlarına səbr, yaralılara sağalmalarını arzu edirəm”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR