Bakıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

Bakıda şirkətdən oğurluq edən şəxs saxlanılıb
# 29 fevral 2016 10:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda şirkətdən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 27-də Qaradağ rayonu ərazisindəki “Xəzri İstehsalat Kommersiya” firmasından 200 metr uzunluğunda mis naqil oğurlanıb.

Qaradağ RPİ 10-cu PB və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aleksandır Jernakov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR