Moqerini: "Türkiyədə ölüm hökmünün bərpası Aİ üçün mesaj olacaq"

Moqerini: "Türkiyədə ölüm hökmünün bərpası Aİ üçün mesaj olacaq"
# 22 noyabr 2016 20:34 (UTC +04:00)

Türkiyədə ölüm hökmünün bərpa edilməsi, bu ölkənin Aİ üzvü olmaq arzusunda olmadığını nümayiş etdirəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

“Biz Türkiyənin nə istədiyini anlamalıyıq. Ölüm hökmünün bərpa edilməsi, Türkiyənin Aİ-yə üzvlük arzusunda olmadığına bir mesaj olacaq”, - deyə o qeyd edib.

Moqerini qeyd edib ki, Ankara və Brüssel, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar prosesinin dayandırılmasından yalnız uduzacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR