Ağcabədidə tank əleyhinə mina aşkarlanıb

Ağcabədidə tank əleyhinə mina aşkarlanıb
# 11 mart 2017 16:54 (UTC +04:00)

Ağcabədi rayonunda partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən xəbərə görə, Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən Qarabağ kanalının kənarına baxış keçirilərkən, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib. Aşkarlanmış partlamamış hərbi sursat məhdud daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib. 400 kv.m. ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR