Goranboyda avtomobil yanıb

Goranboyda avtomobil yanıb
# 06 fevral 2017 20:53 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində “UAZ” markalı avtomobilin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR