Milli Məclisin deputatları Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər
# 01 dekabr 2016 11:28 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün dekabrın 1-də Daşkəndə səfər edəcəklər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçi qismində seçki prosesini izləyəcək.

Deputatlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyətlə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR