"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 08 avqust 2017 13:35 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 52 194 yeni abonent qeydiyyata alınıb ki, bunun da 24 615-i Bakı, Abşeron və Sumqayıt, 27 579-u isə regionlar üzrədir.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 056 346-a çatıb.

Qeyd edək ki, 01 avqust 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 440 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR