Bakıda binanın yanmasında təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib

Bakıda binanın yanmasında təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib
# 09 mart 2017 18:49 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Sadıqov və Z. Əşrəfova barələrində 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən, sonradan vəfat edən Nüsrət Muxtarovla bağlı cinayət işinə xitam verilib.

Onu da qeyd edək ki, 2015-ci il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR