Solomon adalarında zəlzələdən yüzlərlə insan zərər çəkib

Solomon adalarında  zəlzələdən yüzlərlə insan zərər çəkib
# 10 dekabr 2016 02:11 (UTC +04:00)

Solomon adalarında baş verən güclü zəlzələdən yüzlərlə insan zərər çəkib, bir çox yaşayış evləri dağılıb.

APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin hesablamalara əsasən, zəlzələdən 3000 nəfər zərər çəkib.

Yeraltı təkanlar nəticəsində Makira adasında xəstəxana, kilsə və bir çox yaşayış evi dağılıb. Bütün ölkə ərazisində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, ötən axşam Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Kirakira yaşayış məntəqəsindən 87 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR