Tovuzda çörək sexi yanıb

Tovuzda çörək sexi yanıb
# 07 avqust 2017 08:46 (UTC +04:00)

Tovuzda çörək sexində yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi Tovuz şəhərində Eldəniz Quliyev küçəsində qeydə alınıb. Rayon sakini Nəsrəddin Məmmədova məxsus ümumi sahəsi 750 kvadratmetr olan sexin 350 kvadratmetri yanaraq yararsız hala düşüb. Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 5 yanğınsöndürən avtomobili əraziyə cəlb olunaraq obyektin qalan hissəsi alovdan mühafizə edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR