Vətəndaşlardan sənədsiz silahlar müsadirə olunub

Vətəndaşlardan sənədsiz silahlar müsadirə olunub
# 14 yanvar 2017 08:49 (UTC +04:00)

Vətəndaşlardan müvafiq sənədləri olmayan silahlar müsadirə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sayıl Sayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əflatun Ağamoğlanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR