Azərbaycan prezidenti Gürcüstan prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti Gürcüstan prezidentinə başsağlığı verib
# 08 aprel 2018 10:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR